Sabiq başçının həbs müddəti uzadıldı

Sabiq başçının həbs müddəti uzadıldı

Cəlilabad rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Namiq Zeynalovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Miq.Az Trend-ə istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində sabiq icra başçısının həbs müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və N.Zeynalov barəsində həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad rayon İcra hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az