Sevgilisi qadını evində zorladı - Bakıda

Sevgilisi qadını evində zorladı - Bakıda
Bakıda qadın zorlanması haqda polisə şikayət edib.
Vizual.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
Bakı sakini 1989-cu il təvəllüdlü O.İmanova (ad şərtidir) "102” qaynar xəttinə zəng edərək avqustun 17-də tanışı 1982-ci il təvəllüdlü R.Abbasov tərəfindən zorlandığını bildirib.
26 yaşlı qadın deyib ki, sevgilisi onu Əhmədli qəsəbəsi Rezervuar küçəsində yerləşən evində zorlayıb.
O.İmanova sevgilisi tərəfindən hədələndiyi üçün qorxusundan bu müddət ərzində polisə məlumat vermədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az