Şimali Koreya Yaponiyanı vurdu
Amerika hadisəyə müdaxilə etdi
Rəsmi Pxenyan Amerika Birləşmiş Ştatları və Yaponiya hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib. İstiPress RİA Novisti agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Rönhap” agentliyi xəbər verib.
Martın 6-da Şimali Koreya Yapon dənizinə 4 ballistik raket buraxıb. Onlardan üçü Yaponiyanın ərazi sularına düşüb. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər Yapon dənizinin 300-350 kilometr qərbindəki Akita Prefekturalarına çatıb.
Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılan raketlər 260 km hündürlüyə qalxdıqdan sonra 1000 km məsafə qət edib. Təlimdə Şimali Koreya lideri Kim Çen In iştirak edib.
Bu hadisədən sonra Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp arasında martın 7-si telefon danışığı olub. Bu barədə Kiodo agentliyi məlumat verib.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket sınaqlarının keçirilməsindən sonra ABŞ və Yaponiya BMT Təhlükəsizlik Şurası iclasının keçirilməsini tələb ediblər.
Miq.Az