"Nardaranda baş verən hadisələrin kökləri var. Bu köklər çox uzaqdan, xaricdən gəlir. Lakin xaric deyəndə qonşu dövlətləri nəzərdə tutmaq lazım deyil. Bu gün nə İran, nə də Türkiyə Azərbaycanda iğtişaş yaratmaq tərəfində deyil".
VizualTrend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə deyib. Onun sözlərinə görə, Azərbaycanın ən böyük düşməni Ermənistandır.
A.Paşazadə hesab edir ki, Azərbaycanda bu hadisənin törədilməsində bəlkə də Ermənistanın əli ola bilər.
Nardarandakı hadisələrin onları çox məyus etdiyini deyən A.Paşazadə deyib ki, burada baş verənlərin dinlə heç bir bağlılığı yoxdur, bu, terrordur: "Bir qrup insanlar nardaranlıların dini inancından istifadə edirlər. Həmin adamlar da nardaranlı deyillər. Taleh kimi şəxslərin yanında olmaq nankorluqdur, dövlətimizə arxa çevirməkdir. Taleh Bağızadənin adı dini olsa da, onun çıxışlarında ancaq dövlət çevrilişinə cəhdlər var idi".
A.Paşazadə qeyd edib ki, Nardaranda bu hadisələrin güc vasitəsilə həlli düzgün olub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL