Tələbələrdən biri də dünyasını dəyişdi-Bakı-Sumqayıt yolunda qəza...

Tələbələrdən biri də dünyasını dəyişdi-Bakı-Sumqayıt yolunda qəza...
Tələbələrdən biri də dünyasını dəyişdi-Bakı-Sumqayıt yolunda qəza...

Komada olan Lalə Nəsirzadə bu gün səhər 08 radələrində keçinib

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən daha biri ölüb. 1 saylı Kliniki Tibbi Mərkəzdən  verilən məlumata görə, Reanimasiya şöbəsində ağır komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər 08 radələrində dünyasını dəyişib.

L.Nəsirzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinə təhvil verilib.

Kliniki Tibbi Mərkəzin Cərrahiyyə qəbul şöbəsinin baş həkimi Ələddin Hacıyev ötən gün İstiPress-ə açıqlamasında L.Nəsirzadənin beyin ölümünün başladığını bildirmişdi. Onun sözlərinə görə, hadisədən sonra xəstəxanaya 4 yaralı gətirilib. Onlardan biri Rəşad Canıyev xəstəxanaya gətirildikdə artıq ölmüşdü.

Adıçəkilən xəstəxanada hazırda Emil Həmidov və Rəsul Sadiqovun müalicəsi davam edir.

Xatırladaq ki, qəza baş verən gün- martın 9-da Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi ölüb. Dünyasını dəyişən tələbələr aşağıdakılardır:

Quliyeva Çinarə Azər qızı (1996-cı il)

Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il)

Quliyev İbrahim Vüqar oğlu (1996-cı il)

Muradova Roza Eynulla qızı (1997-ci il)

Caniyev Rəşad Füzüli oğlu(1997-cı il)

20-dən çox tələbə isə qəza nəticəsində yaralanmışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az