Millət vəkili Q.Paşayeva büdcə müzakirələri zamanı Tovuzla bağlı bir sıra təkliflərlə çıxış edib və
hökuməti onların həlli istiqamətində dəstək göstərməyə çağırıb.
Bu gün Milli Məclisdə 2016-cı il büdcə müzakirələri
zamanı millət vəkili Qənirə Paşayeva Tovuz rayonu ilə bağlı bir sıra təkliflərlə
çıxış edib və bir sıra nazirliklərin rəhbərlərinə müraciətlə onların həllinə dəstək
göstərməyə çağırıb.Ötən gün Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində
sakinlərlə görüşdüyünü deyən millət vəkili Q.Paşayeva kənd sakinlərinin
rayondan bu ön cəbhə kəndinə gələn yolun çox ağır vəziyyətə olması, çox əziyyət
çəkmələri, yolun düzəldiləcəyi ilə bağlı işlərin gecikməsi ilə bağlı fikirlərini
səsləndirərək bildirib ki, bu yol doğurdanda pis vəziyyətdədir və onun qısa zamanda
düzəldilməsinə ehtiyac var. Millət vəkili rayonda təbii qazla bağlı problemlər
barədə də danışaraq deyib ki, Ermənistanla ön cəbhədə yerləşən Tovuz
rayonunda xeyli sayda kənd hələ də qazlaşmayıb və "Azəriqaz"ı
qısa zamanda onların problemlərinin həlli istiqamətində addımlar atmağa
çağırıb. Millət vəkili Hunan kəndi ilə bağlı problemə xüsusi toxunub və
bildirib ki, bu kəndin yaxınlığında yaşayış məntəqələri təbii qazla təmin
edilib, amma
neçə ildir bu kəndin məsələsi həll edilməmiş qalır və "Azəriqaz"ı
qısa zamanda bu məsələnin həllinə çağırıb. Millət vəkili eyni
zamanda yeni yaşayış massivlərində yaşayan ailələrə təbii qazın verilməsi ilə
bağlı ailələrin üzləşdiyi bürokratik problemlərə də toxunub və bildirib ki, hər
hansı bir ailə öz mənzilinə yeni qaz xəttinin çəkilməsi ilə bağlı müraciət
etdiyi təqdirdə onun bunun üçün lazım olan bütün sənədləşmə məsələlərinin "Azəriqaz”ın
rayonlarda olan şöbələri tərəfindən həyata keçirilməsi lazımdır və bu insanları
bu istiqamətdə bürokratik problemlərdən xilas etmək lazımdır. Tovuzda bir sıra
kəndlər var ki, sovet dövürlərində ev tikmiş abonentlerin evi təbii qazla
təmin edilib, amma
müstəqillik illərində tikilmiş yeni məhlələr deyilən yaşayış əraziləri,evləri təmin
edilməyib. Yəni bir kəndin içində əhalinin bir hissəsinin qazla təmin edilib
bir hissəsinin edilməməsi bu problemdən əziyyət çəkən insanları ciddi narahat
edir və onlar bütün görüşlərdə bu məsələni qaldırırlar. Bu barədə "Azəriqaz"
rəhbərliyinə də müraciətlər etdiyini deyən millət vəkili Q.Paşayeva hökuməti bu
məsələlərin həllində dəstək göstərməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva
rayonun Əlimərdanlı, Qaraxanlı, Xatınli, Qədirli və Cilovdarlı kəndlərinin içməli
su problemindən əziyyət çəkdiyini vurğuıayaraq bildirib ki, Prezident İlham
Əliyevin diqqət və qayğısı nəticəsində Tovuz rayonuna yeni içməli su xətti çəkilib
və rayonun su probleminin həlli istiqamətində ciddi addımlar atılır. Bu kəndlərə
həmin xətdən su verilməsi, su xəttinin çəkilməsi üçün millət vəkili "Azərsu"
rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək hökumətdən qısa zamanda minlərlə
insanın üzləşdiri bu problemin həlli istiqamətində dəstək göstərməyə
çağırıb. O bildirib ki, Tovuz ölkəmizin Ermənistanla ön cəbhədə yerləşən
böyük kəndlərindən biridir və ümid edir ki, burada səsləndirdiyi təkliflər qısa
zamanda öz həllini tapacaq. Millət vəkili Qənirə Paşayeva kəndlərdə ailələrin
daha bir ciddi problemlə bağlı müraciətini də diqqətə çatdırıb. O,yataqxanalar
probleminə toxunaraq bildirib ki, universitetlərə rayondan, kəndlərdən
daxil olan gənclərin yataqxanalarda yerləşdirilməsi ciddi problemdir.
Bir çox ailələr var ki, uşaqlarını burada oxutmaq üçün kirayə ev tuta
bilmir, buna imkanı yoxdur və xiddi problemlə üzləşirlər.
Yataqxanaların tikintisi və saylarının artması çox ciddi bir məsələdir
deyən millət vəkili Qənirə Paşayeva bildirib ki,kəndlərdə görüşdüyü
insanlar bu məsələni Milli Məclisdə təkrar səsləndirməmizi və hökumət üzvlərindən
bu məsələyə daha çox diqqət ayrılmasını xahiş edirlər. Millət vəkili
cənab Prezidentin rəhbərliyi altında aparılan uğurlu iqtisadi-siyasi
siyasət nəticəsində ölkəmizdə o cümlədən millət vəkili olaraq təmsil etdiyi
Tovuz rayonunda böyük işlər görüldüyünü deyərək 2016-ci ilin büdcəsini dəstəklədiyini
və səs verəcəyini vurğulayıb.