Trampdan nüvə silahı açıqlaması
"Dünya nüvə silahları mövzusunda özünə gələnə qədər ABŞ nüvə potensialını genişləndirməli və gücləndirməlidir”.
Bu barədə ABŞ prezidenti seçilən Donald Tramp”Twitter” hesabından açıqlama yayıb. O, seçki kampaniyası zamanı da terrorla mübarizədə nüvə silahlarından istifadə edilməsini dəstəklədiyini söyləmişdi.
Trampın açıqlaması Rusiya Prezidenti Vladimir Putinin nüvə silahlanması mövzusundakı şərhlərindən dərhal sonra gəlib.
Qeyd edək ki, Putin bu günki çıxışında Rusiyanın strateji nüvə qabiliyyətinin artırılması lazım olduğunu bildirib.
Miq.Az