Trampdan Obamaya “gizli telefon dinləməsi” ittihamı

Trampdan Obamaya “gizli telefon dinləməsi” ittihamı

ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın Ağ Evin başçısı postuna seçilməsindən öncə Nyu-Yorkda yerləşən "Trump Tower” göydələninin dinlənilməsini təşkil edib.

AzərTAc xəbər verir ki, respublikaçı bu barədə özünün Twitter səhifəsində yazıb.

Tramp bu hərəkətin öz alçaqlığına görə "Uoterqeyt qalmaqalına” bərabər olduğunu əlavə edib.

ABŞ-da 1972-ci ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Demokrat Partiyasının həmin dövrdə "Watergate” yaşayış kompleksində yerləşən mərkəzi ofisində dinləmə qurğusu quraşdırmağa cəhd edən şəxslər həbs olunmuşdu. Bu siyasi qalmaqal 1974-cü ildə Birləşmiş Ştatların prezidenti Riçard Niksonun istefası ilə nəticələnmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az