Türkiyə Böyük Millət Məclisində əlbəyaxa dava

Türkiyə Böyük Millət Məclisində əlbəyaxa dava
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış jurnalistlər Can Dündar və Ermen Gülün həbsdən azad edilməsi haqda məhkəmə qərarını qəbul etmədiyini deyib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin məhkəmənin qərarına hörmət etməməsi parlamentdə davaya səbəb olub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında CHP-dən olan deputatlar Ərdoğana etiraz ediblər.

Müxalifət təmsilçilərinin sərt çıxışna hakim AKP-nin cavabı gecikməyib.

Deputatların söz dueli sonda əlbəyaxa davaya çevrilib. CHP-li Barış Yarkadaş ile AKP təmsilçisi Mehmet Metinerin davasına deputat həmkarları müdaxilə edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az