“Türkiyənin NATO-da üzvlüyü təhlükə altındadır”-Con Kerri

 “Türkiyənin NATO-da üzvlüyü təhlükə altındadır”-Con Kerri
ABŞ dövlət katibi Con Kerri Türkiyə hökumətini demokratik prinsiplərə riayət etməyə çağırıb.

Kerri Türkiyədə dövlət çevrilişinə cəhddən sonra davam edən həbslər və minlərlə məmurun saxlanılması ilə bağlı narahatlığını bildirib. Bundan əlavə, Türkiyə rəhbərliyi üsyançılara münasibətdə ölüm cəzasının tətbiq ediləcəyini istisna etməyib.

ABŞ nümayəndəsinin fikrincə, bu cür hərəkətlər demokratik prinsipləri təhlükə altında qoyur və bu da öz növbəsində Türkiyənin NATO-da üzvlüyünü sual altına salır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az