Vətən müharibəsi iştirakçısı olan müəllim qəfil öldü

Vətən müharibəsi iştirakçısı olan müəllim qəfil öldü

Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib.

Bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb. 

O bildirib ki, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib:

"Sonralar bir müddət Rusiyada yaşayıb. Bu yaxınlarda Azərbaycana dönüb və könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib”.

Onun 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az