“Yas pulu” üstündə dava – Yaralanan var

“Yas pulu” üstündə dava – Yaralanan var

Bərdə rayonunun Dəymədağlı kəndində pul üstündə dava düşüb.

Miq.Az "Report”a istinadən xəbər verir ki, hadisə yas mərasimi zamanı baş verib.

Belə ki, kənddə yaxın qohumunun yas mərasimində pul yığan 1984-cü il təvəllüdlü Əsədov Fikrət Akif oğlu həmkəndlilərinin hücumuna məruz qalıb. Hadisəyə kənd sakini Qəhrəman Kərimovun "yas pulu”ndan oğurluq etmək istəməsi səbəb olub. Bunu görən F.Əsədov Q.Kərimovla mübahisə edib. Daha sonra Q.Kərimovun Yalçın və Bəbir adlı övladları F.Əsədovu kəndin kənarındakı əkin sahəsinə aparıblar və orada ona küt alətlə ağır bədən xəsarətləri yetiriblər.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda Travmatologiya şöbəsində olan F.Əsədovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az