Rusya Prezidenti Vladimir Putinin 17 dekabrda keçirəcəyi brifinq dünya media orqanlarının böyük marağa səbəb olub.
VİZUAL.azxəbər verir ki, Rusiya lideri ilə görüşmək üçün ümumilikdə 1390-dan artıq jurnalist müraciət edib. Bu rəqəm son beş ildə rekord səviyyəyə çatıb. Qeyd edək ki, ötən il 1259 jurnalist akkreditasiyadan keçmişdi.
Azərbaycanda da Kreml rəhbəri ilə görüşə gedən jurnalistlər olacaq. Azərtac-dan Fəridə Abdullayeva, ATV telekanalından Elzar Ağayev, APA-dan Fərid Əkbərov, Lider telekanalından Anar Həsənov, Azərbaycan Dövlət Televiziyasından Zakir Musayev, AzerRos.ru saytından Cəmil Sadıqbəyov və Vaqif Adıgözəlov, Çin Mərkəzi Televiziyasının (CCTV) Rusiya bölməsinin müxbiri Rasim Nəbiyev, "İşgüzar İran” jurnalı Rəcəb Səfərov, Cihan informasiya agentliyindən Fuad Səfərov və İHA informasiya agentliyindən Fuad Abbasov tədbirdə iştirak edəcək.
Putinin mətbuat konfransı dekabrın 17-də, Bakı vaxtı ilə 13:00-da başlayacaq. Bu, Rusiya prezidentinin keçirdiyi sayca 11-ci geniş mətbuat konfransı olacaq. Brifinq "Rossiya 1”, "Rossiya 24” ve "ORT” televiziya kanallarından birbaşa yayımlanacaq.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?