Rusiyanın raketləri başına bəla ola bilər

Rusiyanın raketləri başına bəla ola bilər

ABŞ Rusiyaya qarşı növbəti iqtisadi sanksiyalar tətbiq edə bilər.

VİZUAL.az xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Rouz Qetemüller bəyan edib.

Dövlət katibinin müavinin sözlərinə görə, yeni sanksiyalar Rusiyanın orta və kiçik məsafəli raketlərin ləğvi haqda razılaşmaya riayət etməməsi səbəbindən tətbiq olunacaq.

Çünki 1987-ci ildə Sovet İttifaqı və ABŞ orta (1000-5500 km) və kiçik (500-1000 km) məsafəli raketlərini və köməkçi obyektlərini məhv etmək haqda razılığa gəlmişdilər.

"Biz Beynəlxalq Məsələlər üzrə Rusiya Şurası (РСМД - BMRŞ) sazişi ilə bağlı iqtisadi tədbirləri nəzərdən keçiririk. Lakin hələlik qərar qəbul etməmişik", - deyə Qetemüller nümayəndələr palatasının dinləmələrində bildirib.


Rouz Qetemüller - ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini

O həmçinin xatırladıb ki, daha əvvəl ABŞ və Avropa İttifaqının Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq etdikləri iqtisadi sanksiyalar "inanılmaz təsirli” olub.

Bundan əvvəl də rəsmi şəxslər Rusiyanın BMRŞ razılığının şərtlərinə əməl etmədiyini bildirib və bu səbəbdən ona qarşı iqtisadi və hərbi sanksiyaların tətbiq edilə biləcəyini deyiblər.

Lakin bununla bağlı heç bir qərar qəbul edilməyib. Bu da ABŞ Konqresinin bir çox üzvlərinin, xüsusilə respublikaçıların narazılığına səbəb olub.


Bütün narazılıqlara və fikir ayrılıqlarına baxmayaraq, ABŞ razılığın qüvvədə qalmasının tərəfdarıdır. Çünki Vaşinqtonda əmindirlər ki, saziş ölkənin və ümumilikdə dünyanın təhlükəsizliyinə təminat verir.

Moskva da öz növbəsində razılığa tam əməl etdiyini bildirir. Lakin Rusiya ABŞ-ın sənəddən sui-istifadə edərək qadağan edilmiş silahlanmanı genişləndirdiyini iddia edir.

Beynəlxalq Məsələlər üzrə Rusiya Şurası haqqında saziş 1987-ci ildə Ağ Evdə ABŞ-la Sovet İttifaqı arasında imzalanıb və 1988-ci ildə qüvvəyə minib.

Müqaviləni ABŞ tərəfindən ölkənin o zaman prezidenti olan Ronald Reyqan və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov imzalayıb.


ABŞ prezidenti Ronald Reyqan (sağda) və Sov. İKP MK-nın baş katibi Mixail Qorbaçov (solda) müqaviləni imzalayarkən

Bununla tərəflər orta (1000-5500 km) və kiçik (500-1000 km) məsafəli raketlərini və köməkçi obyektləri tamamilə məhv etməyi öz öhdəliklərinə götürmüşdülər.

1991-ci ilə qədər razılığa tam əməl edilib. 2001-ci ilə qədər qarşılıqlı yoxlamalar aparılıb. Bununla belə, digər ölkələr, o cümlədən Avropa ölkələri öz silahlanmalarında bu cür raketlərə sahib ola bilərlər.|ANS



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az