Rusiya-Türkiyə münaqişəsi Cənubi Qafqazda vəziyyəti kəskinləşdirdi. Doğrudur, bu Qarabağda müharibənin başlaması planı deyil. Lakin müharibə qorxuları sürətlə yayılır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazıb.
Nəşr qeyd edir ki, əsas qorxular Ermənistandan başlayıb: "Xüsusilə o haqda ki, Moskva Ankara ilə birgə layihələri bərpa etmək və reallaşdırmaq istəyir. Türkiyə də bunun qarşılığına Qarabağ münaqişəsində Azərbaycanın xeyrinə qərarın verilməsini tələb edə bilər”.
Məqalədə qeyd olunur ki, Bakının durumu daha incədir.
"Azərbaycan iki regional liderin arasında vasitəçi olmaq istəyir, çünki münaqişənin genişlənməsi onun da maraqlarına ziddir. Türkiyə ilə Azərbaycan qardaşdır və bu qardaşlığı əməli fəaliyyət müşahidə edir. Bununla yanaşı, Azərbaycanən Rusiya ilə da sıx siyasi və iqtisadi tərəfdaşlığı var”, - deyə nəşr qeyd edib.
"Nezavisimaya qazeta” yazır ki, türk-rus gərginliyi Gürcüstanın da marağına ziddir: "Rəsmi Tiflis Ankara ilə isti münasibətlərə sahibdir, eyni zamanda, Moskva ilə da əlaqələrin yoluna qoyulmasını istəyir. Belə görünür ki, Rusiya-Türkiyə münaqişəsi artıq Qafqaza çatır. Bölgə ölkələri anlayırlar ki, hadisələr onların iştirakı olmadan inkişaf edəcək. Halbuki, bu onların maraqlarına toxuna bilər”.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?