Putinlə Ərdoğan arasında görüş başladı
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
Miq.az Trend-ə istinadən xəbər verir ki, V.Putin qeyd edib ki, Rusiya və Türkiyə son vaxtlar dünyada, o cümlədən Suriyada böhranın aradan qaldırılması üçün fəal işləyirlər.
RF Prezidenti bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr bərpa olunur.
R.T.Ərdoğan isə öz növbəsində deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın əsas elementləri müdafiə sənayesi və energetikadır.
Miq.az