Amerikadan Ermənistana gələn sərt tələb

Amerikadan Ermənistana gələn sərt tələb
"Ermənistan işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionundan və ətraf rayonlarından ordusunu çıxartmalıdır"

"Ermənistan işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonlarından ordusunu çıxartmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. İrəvan status-kvodan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır." 

İstiPress-in məlumatına görə bunu, beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Peter Tase "Eurasia Diary"yə özəl müsahibəsində deyib. O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç önəmli məsələyə diqqət ayırmaq lazımdır. Birincisi, Ermənistan Respublikası işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonlardan ordusunu geri çəkməli və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. İkincisi, Yerevan status-kvodan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır. Sərkisyan höküməti ölkəsindəki korrupsiyaya və bir sıra cinayətlərə qarşı mübarizəyə diqqət ayırmalı və ən əsası erməni xalqının uzun müddət üzləşdiyi daxili problemlərə kölgə salan Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə etməməlidir. Üçüncüsü, ATƏT, Avropa İttifaqı və digər müxtəlif beynəlxalq təşkilatlar Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi üçün aktiv rol oynamalı və beynəlxalq hüququn prinsiplərini müdafiə etməli, tərəfləri danışıqlara cəlb etməlidirlər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az