20 yaşlı oğlan özünü 8-ci mərtəbədən atdı

20 yaşlı oğlan özünü 8-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Nəsimi küçəsi 32 e, mənzil 86 ünvanında qeydə alınıb.

1996-cı il təvəllüdlü Toğrul Məhəmməd oğlu Rzayev yaşadığı mənzilin yerləşdiyi 8-ci mərtəbədən özünü atıb.

O, yerindəcə ölüb. İlkin məlumata görə, T. Rzayev bir müddət əvvəl beyin iflici keçirib. Onun ağrılara dözmədiyindən intihar etdiyi ehtimal olunur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az