"Facebook"da dəyişiklik
Artıq videoların səsi çıxacaq
"Facebook" videolarla bağlı yenilik edib. İstiPress-in məlumatına görə, artıq videolar səsli olacaq. Mobil telefon üçün olan tətbiqlərdə yenilənmə edilib. Yenilənmədən sonra videolar avtomatik şəkildə nümayişə başlandıqda səsli olacaq.
Bu barədə şirkət ötən gün rəsmi açıqlama yayıb.
Videolarda səs bir halda çıxmayacaq. Əgər telefon səssizdə qalıbsa...
Səs bir anda deyil, yavaş-yavaş yüksələcək. İstifadəçi videolara səssiz qulaq asmaq istəsə idarəetmə panelinə daxil olaraq bu funksiyanı istədiyi kimi nizamlaya biləcək.
Miq.az