Erməni əsgər ona qəbir qazdıran zabiti güllələdi

Erməni əsgər ona qəbir qazdıran zabiti güllələdi
Hərbi hissədə dələduzluq

Erməni hərbçilər bir-birini güllələdilər. İstiPress-in məlumatına görə, hadisə Azərbaycanın işğal altında olan torpaqlarındakı hərbi hissələrdən birində baş verib. İnsident bir zabitin və əsgərin yaralanması ilə nəticələnib. 

İnsidentə səbəb əsgərin müdafiə xəttindki mövqelərdən birinin möhkəmləndirilməsi üçün mühəndis istehkam işləri görməkdən boyun qaçırması olub. 

İlkin məlumata görə, komandir, baş leytenant Vahe Qriqoryan əsgəri hədələyərərk onu özünə məzar qazmağa vadar edib. 

Bu dələduzluğa cavab olaraq əsgər avtomatını alaraq əvvəlcə zabitə tərəf atəş açıb və onu boğaz nayihəsindən ağır yaralayıb. Sonra isə özünü vurub. 

Xidmət yoldaşları onlara dərhal ilkin tibbi yardım göstəriblər. Yaralı hərbçilər hospitala yerləşdiriliblər. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az