Vətəninfo.az Trend.az-a istinadən xəbər verir ki, ARDNŞ 2018-ci ildə Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) Avro-5 ekoloji standartlarına uyğun benzin istehsalına başlamağı planlaşdırır. Məlumata görə, bunu ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədov cümə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz - 2014 (Caspian Oil&Gas) konfransında deyib.
Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün 42-48 ay ərzində müəssisənin modernləşdirilməsi üzrə işlər görüləcək. Şirkətin məqsədi həmin NEZ-də 2030-cu ilədək 7,5 milyon ton neft emalını təmin etməkdir ki, bu da öz növbəsində illik 3 milyon ton dizel yanacağı və 2,4 milyon ton benzin istehsalına imkan verəcək. Bu, həmçinin ölkənin keyfiyyətli yanacağa olan tələbatını və kiçik həcmdə ixrac əməliyyatlarını təmin etməyə imkan verəcək. Hazırda NEZ-in emal dərinliyi 92 faizi ötür. Bu müəssisə ölkənin yanacağa olan tələbatını təmin edir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR