Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti "Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 24 dekabr 2012-ci il tarixli, "Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 6 fevral 2019-cu il tarixli və "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və "Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 29 oktyabr 2020-ci il tarixli qərarlarında dəyişiklik edib.

Miq.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Elektron prokurorluq” informasiya sistemi "Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nə, "Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”na və "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu”na Keçid Planı”na daxil edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az