3 gün əvvəl toyu olan gənc bıçaqlandı

3 gün əvvəl toyu olan gənc bıçaqlandı
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib

 Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb. 

Kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Məhəmmədli bıçaqlanıb. O, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. 

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən 1997-ci il təvəllüdlü Anar Lətifli həbs edilib. 
Araşdırmalar zamanı məlum olub ki, hadisədən bir neçə gün əvvəl Məhəmməd Məmmədlinin toyu olub. O, kənddə keçirilən toy məclisinə Anar Lətiflini çağırmayıb. 

Toydan bir neçə gün sonra, yəni yanvarın 13-də kəndin mərkəzi küçəsində Anar Lətifli Məhəmməd Məmmədli ilə rastlaşıb. 

Bu zaman Anar onu hansı səbəbdən toya çağırılmamasını Məhəmməddən soruşub. Bu zaman Məhəmməd Məmmədli ilə onun arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az