31 yaşlı hakim köməkçisi intihara cəhd edib-Şəkidə

31 yaşlı hakim köməkçisi intihara cəhd edib-Şəkidə
Şəkidə intihara cəhd olub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Şin kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Spartak İsmayılov özünü Kiş çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyir. Onun külli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilir.(APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az