Ağ Ev də Putini korrupsiyada ittiham etdi

Ağ Ev də Putini korrupsiyada ittiham etdi

ABŞ Dövlət Departamenti Maliyyə Nazirliyi nümayəndəsinin Rusiya prezidenti Vladimir Putini korrupsioner adlandırması fikri ilə razıdır.

Reutersin verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Con Ernest gündəlik brifinqdə bəyan edib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin Rusiya prezidentinin korrupsiyaya uğradığını və Vaşinqtonun uzun illərdir bundan məlumatlı olduğunu deyib.

Bununla belə o, "ABŞ Putinə qarşı sanksiya tətbiq edə bilərmi" sualına cavab verməkdə çətinlik çəkib. Fikrini də onunla əsaslandırıb ki, bu cür məsələlər Maliyyə Nazirliyinin səlahiyyətinə aiddir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az