ABŞ-dan mühüm açıqlama: Çinin nəzarətdən çıxan 22 tonluq raketi yerə düşəcək

ABŞ-dan mühüm açıqlama: Çinin nəzarətdən çıxan 22 tonluq raketi yerə düşəcək

ABŞ Kosmik Qüvvələr Komandanlığı Çinə aid olan və nəzarətdən çıxan kosmik raketin həftə sonu yerə düşəcəyini açıqlayıb. Qurum raketin istiqamət trayektoriyasını izlədiklərini bildirib.

Miq.Az xatırladır ki, Çinə aid "Long 5B" raketinin nəzarətdən çıxması dünyada ciddi gərginlik yaradıb və hazırda bu narahatlıq davam edir.

Pentaqon rəsmisi Mike Hovard deyib ki, raketin mayın 8-də yerə enməsini gözləyirlər. O əlavə edib ki, indi raketin qalıqlarının dünyanın hansı nöqtəsinə düşəcəyini bilmirlər, ancaq bu informasiyanı raketin yerə düşməsinə saatlar qalmış əldə edəcəklər.

Qeyd edək ki, ötən həftə Çin kosmik stansiyalarından birini işə salmaq üçün bu raketdən istifadə edib. Lakin raket nəzarətdən çıxıb. Onun bir hissəsinin atmosferdə yandığı ehtimal edilir. 22 tonluq raketin bəzi parçalarının yerə düşəcəyi gözlənilir.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az