ABŞ İranın kritik gəlir mənbəyini məhv edəcək - Şok plan

ABŞ İranın kritik gəlir mənbəyini məhv edəcək - Şok plan

ABŞ nüvə razılaşmasına qayıtmaq üçün aparılan danışıqlar uğursuz nəticələnəcəyi təqdirdə İrana qarşı daha sərt sanksiyalar tətbiq etməyi planlaşdırır.

Miq.Az xəbər verir ki, bu barədə "Uol Strit” jurnalında dərc olunan məqalədə qeyd olunub.

Jurnalın ABŞ rəsmilərinə istinadla yaydığı məlumata görə, danışıqlar nəticəsiz olarsa, Tehran rəhbərliyinin cəzalandırılması üçün yeni alternativlər üzərində iş görülür.

Məlumatda bildirilir ki, qarşıya qoyulmuş planlardan biri Çinə gündə təxminən 1 milyon barrel xam neft ixrac edən nəqliyyat şəbəkələrini hədəfə alaraq İranın kritik gəlir mənbəyini kəsməkdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az