ABŞ qoşunları Suriyaya girir-qərar verildi

ABŞ qoşunları Suriyaya girir-qərar verildi
"Koalisiya qüvvələri İŞİD-lə daha effektli mübarizə aparmaq üçün Suriya və İraqda quru qüvvələrindən istifadə etməyə qərar verib".

Reuters-ə istinadən verilən məlumata görə, bunu ABŞ-ın Müdafiə naziri Eşton Karter bəyan edib. O bildirib ki, İraq və Suriyada İŞİD-lə mübarizə strategiyası çərçivəsində yerüstü əməliyyatlar da keçiriləcək:

"Biz daha çox işlər görmək istəyirik, çünki biz İŞİD-ə qalib gəlməliyik. Mən əminəm ki, buna nail olacağıq, lakin mən prosesi sürətləndirmək istəyirəm”.

K.Eşton İŞİD-i İraqın Mosul və Suriyanın Rakka şəhərlərindən çıxarmaq istədiklərini söyləyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az