ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir

ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir
ABŞ pilotsuz aparatının vurulmasına və Oman körfəzində tankerlərə hücuma cavab olaraq İrana qarşı sanksiyaları sərtləşdirməyə qərar verib.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Maykl Pens ötən gün "CBS” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, qərar bu gün prezident Donald Tramp tərəfindən elan olunacaq.
"Biz sabah (24 iyunda) prezidentin Amerika PUA-sının vurulmasına, eləcə də Oman körfəzində iki tankerə hücuma görə İrana qarşı sanksiya rejiminin növbəti mərhələsini elan etməsini gözləyirik”, – deyə Pens bildirib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az