"Ailə TV" fərdi seçim paketinin tətbiqinə başlayıb.
Vətəninfo.az-ın məlumatına görə, "Caspian Telecom"un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fərdi seçim paketində müxtəlif mövzuları əhatə edən 70 telekanal mövcuddur. Bu telekanallardan istənilən 12 telekanalı seçmək mümkündür. Fərdi istəyə görə seçilmiş 12 əlavə telekanala aylıq abunə 5 manat təşkil edir.
Paketə daxil olan telekanalları "aile.tv" saytından sifariş vermək mümkündür. Abunəçilərin rahatlığı üçün, saytın "qoşul" bölməsində xüsusi online sifariş forması hazırlanıb. Bundan əlavə, yeni paketi "Ailə TV" filiallarında da aktivləşdirmək olar. Bunun üçün abunəçi qeydiyyatda olduğu "Ailə TV" filialına yaxınlaşaraq müvafiq sifariş blankını doldurmalıdır.
Qeyd edək ki, rəqəmsal yayım abunəçiləri yalnız bir əlavə paketə abunə ola bilərlər. HD və fərdi seçim paketlərinə eyni zamanda abunə mümkün deyil.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”