Akopcanyan: İran da belə... Ermənistan məhv olacaq

Akopcanyan: İran da belə... Ermənistan məhv olacaq

Nikol Paşinyan və onun komandası burnunun ucunda baş verən çox təhlükəli hadisələri nəzərə almadan, Qərb istiqamətində olan işlərə həddindən artıq vaxt sərf edir. İran istiqamətində əvvəlki dostluğun sürətlə itirilməsi prosesi gedir ki, bu da bütün Ermənistan üçün çox həyəcan siqnalıdır.

Miq.Az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Razmik Akopcanyan bildirib.

"Gördüyümüz kimi, Ermənistan daha bir müttəfiqini itirir. Tehran Şuşa bizdə olanda, orada məscid tikdirdi. İndi isə onların lideri deyir ki, Azərbaycanın Şuşa şəhərində olan məsçiddə namaz qılmaqdan xoşbəxtdir... Biz artıq görürük ki, Azərbaycan, Türkiyə və Rusiya üçlüyü necə möhkəmlənir. Belə bir şəraitdə İranın da Ermənistan üçün itirilməsi doğrudan da Ermənistan üçün məhvedici ola bilər”, - deyə erməni ekspert yazıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az