Parlament seçkilərində lazım olan qədər səs toplaya bilmədiyi üçün koalisiya hökuməti qurmaq məcburiyyətində qalan hakim Ədalət və İnkişaf Partiyası (AKP) problemdən çıxış yolu tapıb. Modern.az saytının “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Milliyətçi Hərəkat Partiyası (MHP) ilə koalisiya qurulmasına müsbət yanaşan AKP maneələrin ortadan qaldırılması üçün hazırlığa başlayıb.
Qeyd edilir ki, AKP parlamentə düşə bilən CHP və HDP ilə müqayisədə MHP-nin iştirak edəcəyi koalisiyanın qurulmasında daha maraqlıdır. Məlumata görə, artıq AKP qərargahında MHP-nin koalisiya üçün qarşıya qoyduğu 3 şərti müzakirə edirlər.
Türkiyə Yüksək Seçki Kurulu 7 iyun seçkilərinin yekun nəticələrini elan edib. Bu nəticələrə görə, Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80 və HDP 80 millət vəkili ilə təmsil olunacaqlar.
Bu arada Türkiyə Böyük Millət Məclisinin yeni heyətlə ilk iclasının tarixi də məlum olub. Belə ki, Məclisin 23 iyun tarixində toplanacağı bildirilib. İclasda millət vəkilləri and içəcəklər. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yeni hökumət üçün görəvləndirməni andiçmə mərasimindən sonra edəcəyi vurğulanır.
Yeni hökuməti hazırki baş nazir Əhməd Davudoğlu qurmalıdır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL