Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədi müəyyənləşdirilib. Vətəninfo.az məlumat verir ki, Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu, milli müdafiə naziri İsmet Yılmazdır. Rəsmi açıqlamanı baş nazir Əhməd Davudoğlu AKP-nin ümumi mərkəzində verib. O deyib ki, TBMM sədrliyinə İsmet Yılmazın namizəd olmasına qərar verilib.
Bundan əvvəl məclis sədrliyinə AKP-dən namizədlər arasında milli təhsil naziri Nabi Avcının da olduğu bildirilirdi. Əhməd Davudoğlunun sözlərinə görə, hər iki namizədlə ayrı-ayrılıqda görüşüb və hər ikisi də bir-birinə güzəştə getməyə hazır olduqlarını deyiblər: “Bu mənə ümid verdi. Məsləhətləşmələr nəticəsində İsmet Yılmaz dostumuzun namizədliyi üzərində qaldıq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL