Allah yazılı corablar müsəlmanları ayağa qaldırdı

Allah yazılı corablar müsəlmanları ayağa qaldırdı

Corablar dərhal satışdan çıxarılıb

İsveçdə dünya şöhrətli geyim brendlərindən birinin hazırladığı corablar müsəlmanları ayağa qaldırıb. İstiPress-in məlumatına görə, H&M mağazalar şəbəkəsində yeni corablar satışa çıxarılıb. Corabların üstündə əlində çəkic olan insan fiquru - leqo təsvir edilib. Onu başıaşağı çevirəndə isə üzərində isə ərəb dilində Allah yazısına bənzəyən işarələr aydın görünür. 

Müsəlman fəalların etirazından sonra corablar satışdan çıxarılıb. Mağazadan verilən açıqlamaya görə, bu bənzərlik tamamilə təsadüfüdür və qəsdlə edilməyib. 

Xatırladaq ki, bir müddət öncə H&M reklamlarından birindəki irqçiliyə görə tənqid hədəfi olmuşdu. Belə ki, reklamda qaradərili uşaq təsvir edilib və "Cunqulidəki ən dəbli meymun" yazısı təqdim edilib. 

H&M 1947-ci ildə İsveçdə yaradılıb. Baş ofisi Stokholmdadır. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az