
Bildirilir ki. müttəhim 1988-ci ildə Bakıda anadan olub. Onun heç tam orta təhsili də yoxdur və daim narkotiklərdən istifadə edir.
"Mən diş texniki olmaq istəyirdim, lakin bu, mənə az görünürdü”, - anadangəlmə bud-çanaq oynağı xəstəliyindən əziyyət çəkən və bu səbəbdən uşaqlığından bəri bir neçə dəfə əməliyyat olunan azərbaycanlı deyir. Onun valideynləri meyvə-tərəvəz alveri ilə məşğul olublar. Hər ikisi 2006-cı ildə Moskvanın Basman bazarında dam örtüyünün uçulması nəticəsində həlak olub.
On il əvvəl gənc evlənib. "Onu çox sevirdim, lakin sonradan mənə etiraf etdi ki. valideynləri onu başqasına ərə verməsinlər deyə, acığa mənə ərə gəlib”, - müttəhim məhkəmədə bildirib.
"9 və 8 yaşlı uşaqları ilə cütlüyün üç il bundan əvvəl Almaniyaya nə üçün gəldiyi naməlum olaraq qalır, - Almaniya KİV-i yazır. – İndi kişi Bakıya qayıtmaq istəyir, lakin bu mümkün deyil. O, günahını tamamilə etiraf edib və peşman olduğunu deyir. Bunu və kişinin psixi vəziyyətini, hətta intihara cəhd etdiyini nəzərə alaraq, müttəhimə çox yumşaq cəza verilib – cəmi iki il dörd ay. Çox güman ki, o, cəzasını türmə xəstəxanasının psixiatriya şöbəsində çəkəcək”.