Amerikalılar Gürcüstanda 5 trilyonluq qaz yatağı tapdılar

Amerikalılar Gürcüstanda 5 trilyonluq qaz yatağı tapdılar

Amerikanın Frontera Resources şirkəti Gürcüstanda 5 trilyon kubmetrlik qaz yatağı aşkarlayıb.

Modern.az saytı Gürcüstan KİV-nə istinadən xəbər verir ki, şirkətin prezidenti Stiv Nikandros yaxın 5 il ərzində bu ölkədən Türkiyə və Avropa ölkələrinə qaz ixracına başlayacaqlarını deyib. Onun sözlərinə görə, nəhəng qaz yatağı Cənubi Kaxetiya bölgəsində yerləşir.

"Gürcüstan tarixində yeni səhifə açıb və xarici bazarda müstəqil enerji siyasətini gerçəkləşdirmək üçün əla şans qazanıb” – deyə Frontera Resources şirkəti açıqlamasında deyib.

Hazırda Gürcüstan ehtiyaclarını Azərbaycanın hesabına ödəyir. Bundan başqa, Rusiyanın Qazprom şirkətinin Ermənistana ötürdüyü qazın 10%-i də tranzit haqqı olaraq bu ölkədə qalır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az