Ana söyüşünə görə dostunu qətlə yetirdi-Bakıda

Ana söyüşünə görə dostunu qətlə yetirdi-Bakıda

Bakı sakini qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
 
Məlumata görə, hadisə sentyabrın 11-də paytaxtın Xətai rayonu ərazisində baş verib. Belə ki, Füzuli rayon sakini Laçın Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. F.Məmmədov hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.
 
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Xətai rayonu ərazisində Füzuli rayon sakini Laçın Teymurov avtomobili ilə Bakı şəhər sakini Fərid Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub. 
 
Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı F.Məmmədov L.Teymurovun anasını təhqir edib. O, bunu "zarafat" məqsədi ilə etdiyini deyib. Lakin L.Teymurov bu hərəkətdən əsəbləşib. 
 
Bir neçə saat sonra L.Teymurov digər dostlarını çağırıb və F.Məmmədovun yaşadığı ünvana gedib. Yenidən yaşanan mübahisə zamanı tərəflər əlbəyaxa olublar. Dava zamanı L.Teymurov F.Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
 
Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az