Araik yenə də Kəlbəcər və Tərtər ərazilərində oldu - Ev tikintisindən danışdı...-FOTOLAR

Araik yenə də Kəlbəcər və Tərtər ərazilərində oldu - Ev tikintisindən danışdı...-FOTOLAR

Azərbaycan Respublikası ərazisində 30 ilə yaxın müddətdə qondarılmış separatçı-terrorçu rejimin Rusiyanın qucağında oturmuş tör-töküntülərinin başçısı Araik Arutyunyan Kəlbəcər və Tərtər rayonları ərazisini gəzib.
 

Moderator.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
Dövlətimizin İnterpolla aradığı Araik Kəlbəcərin Həsənriz və Tərtərin Umudlu kəndlərində olub.  Erməni kəndlilərlə görüşündə o,  Həsənriz, Zərdəxaç, Qozlu körpü, Zəylik və Umudlu kəndlərində  44 günlük savaşdan sonra digər ərazilərdən köçmüş ermənilər üçün  ev tikintisinin davam etdiriləcəyini bildirib. 
 
Separatçı rejim bəhs edilən ərazini "Şaumyan rayonunun Aterk altrayonu” adlandırır.
 
P.S...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az