Arvadını biabır etmək üçün polislə oyun oynadı -VİDEO

Arvadını biabır etmək üçün polislə oyun oynadı -VİDEO

Miq.az KANAL S (REGİON TV)-a istinadən xəbər verir ki, gündəlik olaraq cəmiyyətdə baş verən ailə dramları və yaxud da ailə dağılmaları haqda məlumatlar eşidirik. Bu dəfə Şəki polisi tərəfindən üstü açılan maraqlı bir quldurluq faktı haqqında sizə məlumat verəcəyik. İstintaq hərəkətləri zamanl isə polis çox maraqlı faktları üzə çıxarıb.

18 fevral 2016-cı il tarixində Şəki rayon sakini Əsgərov Seymir Samir oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Şəkinin Qarabulaq kəndi ərazisindəki yarımtikilidə 2 nəfər naməlum şəxs tərəfindən qol və ayaqlarının bağlandığını bildirib. Daha sonra o qeyd edib ki, həmin şəxslər onun 143 AZN pulunu və mobil telefonunu ona qarşı zor tətbiq edərək götürüblər. Daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə yollanan polislər Əsgərov Seymuru əli-qolu bağlı vəziyyətdə orada aşkarlayıblar. Daha sonra polislər Seymuru şöbəyə gətirərək müvafiq qaydada AR CM-nin 181.2.1 maddəsi ilə, yəni quldurluq maddəsilə cinayət işinə başlayıblar.

Aparılmış istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində isə Seymur Əsgərovun baş vermiş hadisəni qisas almaq məqsədi ilə səhnələşdirdiyi və hadisəni dostu, Bakı sakini Zalov Səbuhi ilə birlikdə həyata keçirdiyi məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, Seymur Əsgərovun həyat yoldaşı Həqiqət Əsgərovamüxtəlif vaxtlarda müxtəlif şəxslərlə hayat yoldaşına xəyanət edib. Elə bunun üçün də Seymur Əsgərov həyat yoldaşının əməllərini üzə çıxartmaq üçün bu işə əl atdığını bildirib. Dindirilmə zamanı isə quldurluq etmiş şəxslər əməllərindən bəzi səbəblərə görə peşman olduqlarını bildiriblər.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Miq.az

Arvadını biabır etmək üçün polislə oyun oynadı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az