Azərbaycanlı deputat Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasını (AŞPA)-nı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
AŞPA-nın yay plenar sessiyasının birinci iş günündə qurumun Bürosunun fəaliyyət hesabatı ətrafında aparılan müzakirələrdə cıxışı zamanı Azərbaycanın nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA-nın Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
O, qeyd edib: "Diqqətinizi çox narahat edən bir məsələyə yönəltmək istəyirəm. Bilidiyiniz kimi, AŞPA Bürosu Robert Valteri yekdil şəkildə "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıq hallarının artması" adlı hesabatın hazırlanmasına dair məruzəçi təyin etdi.
Lakin Ermənistan Büronun qərarlarını tanımır və məruzəçini nə Ermənistana, nə də Azərbaycanın işğal olunmuş ərazilərinə buraxır. Büronun bu vəziyyətə dair dözümlü yanaşmasına məntiqi izah tapmaq çox çətindir. Ermənistana münasibətdə bu iltifatın və dözümlü yanaşmanın səbəbi nədir? Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğu halda, nə üçün Ermənistana qarşı ciddi və qətiyyətli addımlar atılmır?
Ən azından, Ermənistana 10 il bundan əvvəl bu cür sanksiyalar tətbiq olunmalıydı. Bunu etməyə sizə nə mane olur? Çoxdandır kı, davam edən bu cür riyakarlığa niyə və nə vaxta qədər dözəcəyik?"
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL