Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başa çatıb.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyanın yekunu ilə bağlı jurnalistlərə açıqlama verib.
“Bu gün AŞPA-nın yay sessiyası yekunlaşdı və son gündə Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək AŞPA-nın müşahidəçi missiyasının rəhbəri də təyin olundu. Bu ispaniyalı parlamentar cənab Hardi Çukladır. Hesab edirəm ki, AŞPA-da yedkilliklə qəbul edilmiş bu təyinat Azərbaycanda keçiriləcək seçkiləri obyektiv qiymətləndirəcək və Azərbaycana həm qısamüddətli, həm uzunmüddətli müşahidə missiyası göndəriləcək. Lakin onu da qeyd etmək istərdim ki, bu sessiyada baş vermiş hadisələr bizi ciddi düşünməyə vadar edir. Avropa Şurası ilə yalnız insan hüquqları ilə bağlı deyil, ümumiyyətlə əməkdaşlığın zəruriyyəti var, yoxsa yoxdur. Bu, ən ciddi sualdır və bu sualla sessiyadan evə dönürük” – deyə, Səməd Seyidov bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL