Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda öz işinə başlayır. Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, sessiyanın gedişində 7 İyun tarixində Türkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı məsələsi, Macarıstandakı vəziyyət, miqrasiya, dəyişən media mühitində medianın məsuliyyəti və etik qaydalarla bağlı məsələlər, həmçinin, Ukraynadakı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı vəziyyət müzakirə olunacaq.
İyunun 23-də sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin keçirilməsi planlaşdırılır. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər.
İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun parlamentarilər qarşısında çıxış edəcəklər. Bundan əlavə, Malta prezidenti Mari-Luiz Koleyro Prek, həmçinin Bosniya və Herseqovinanın baş naziri Mladen İvaniçin də sessiyada çıxışları gözlənilir.
Sessiya işini iyunun 26-da başa çatdıracaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL