Atambayevin ən yaxın adamları həbs olunub
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin yaxın ətrafı həbs olunmağa başlayıb.
BAKU.WS xəbər verir ki, Atambayevin dövründə Prezident Aparatının rəhbəri olan Fərid Niyazov, sabiq dövlət başçısının müşaviri Kunduz Joldubaeva, deputatlar İrina Koromuşkina və Asel Koduranova həbs olunublar.
Onlar Almazbek Atambayevin iqamətgahı olan Koy-Taş kəndində xüsusi təyinatlıları girov saxlamaqda ittiham ediliblər.
Qırğızıstan Daxili İşlər Nazirliyi sabiq prezidentin tərəfdarlarından 40 nəfəri məsuliyyətə cəlb edib.
Miq.az