Çavuşoğlu: “Çəkilməsə, vuracağıq!”

Çavuşoğlu: “Çəkilməsə, vuracağıq!”
"YPG Münbicdən çəkilməsə, vuracağımızı daha əvvəl də söylədik. Məqsəd şəhərin əsl sahiblərinə qaytarılmasıdır”.

Publika.az xəbər verir ki, bunu Ankarada jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Əl-Babdan sonra Münbicə doğru hərəkət edəcəyik. Münbiç əməliyyatımız hələ başlanmayıb. ABŞ hərbi birliklərinin bölgədə olduğunu bilirik. ABŞ-dan tələbimiz YPG-nin dərhal Münbiçi tərk etməsi ilə bağlıdır”, - o bildirib.
Türkiyə xarici siyasət idarəsinin başçısının sözlərinə görə, Rakka əməliyyatını YPG ilə həyata keçirmək Suriyanın gələcəyini riskə atmaq deməkdir:
"Bu, bir terror düşərgəsinin yaranmasını təmin etməkdir. Bizim bu mövzudakı mövqeyimiz son dərəcə dəqiqdir, qətidir”.
Nazir Münbicdə ABŞ-la Türkiyənin toqquşma ehtimalını da qiymətləndirib:
"Bura ABŞ-ın torpaqları deyil, biz ABŞ əsgərləri ilə niyə qarşı-qarşıya gələk? Əgər ABŞ YPG-ni müttəfiq olaraq seçsə, o başqa məsəl. Elə bir razılaşmanın olmadığını bilirik”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az