Çavuşoğlu: Türkiyə ciddi iqtisadi böhranla üz-üzədir
Türkiyə əvvəlki böhranlardan müxtəlif dərəcədə zərər çəkib, lakin hazırda daha ciddi böhranla üz-üzədir.
Miq.Az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bu gün xalqımız yüksək inflyasiya, qiymət artımı və yaşayış xərclərinin artması ilə üz-üzədir. Biz bunu inkar etmirik, bunlar faktlardır. Amma bu böhranlar bütün dünyaya dərindən təsir edir”, - Çavuşoğlu bildirib.
Çavuşoğlu ölkə müxalifətini iqtisadi böhrandan sui-istifadədə ittiham edib.
Miq.Az