2019-cu ildə Azərbaycan-İran avtomobil zavodu "Xəzər” Rusiyaya və digər MDB ölkələrinə ixraca başlamağı planlaşdırır.
Bunu Trend-ə "Moskva Beynəlxalq Avtomobil salonu” sərgisində zavodun sahiblərindən biri olan "AzərMaş” şirkətinin rəsmi nümayəndəsi Veronika Allahverdiyeva deyib.
Azərbaycan istehsallı "Xəzər avtomobilləri sərgidə nümayiş etdirilir.
V.Allahverdiyeva bildirib ki, sərgidə "Khazar LD” və "Khazar SD” modelləri təqdim edilir.
O qeyd edib ki, indiyədək zavodda 300-dən çox avtomobil buraxılıb: "Hazırda avtomobil ehtiyat hissələri İranda istehsal olunur, lakin gələcəkdə istehsalatı Azərbaycanda təşkil etməyi planlaşdırırıq”.
Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro” və Azərbaycanın "Azeurocar” şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib