2018-ci ilin sonunadək Azərbaycan Mərkəzi Avropa ölkələrinə, xüsusən də Polşaya ixracatı artırmağı planlaşdırır.
Miq.az bildirir ki, bunu Trend-ə Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.
O qeyd edib ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Polşa arasında əmtəə dövriyyəsi 50,137 milyon dollar təşkil edib:
"Azərbaycandan Polşaya ixrac 4,435 milyon, idxal isə 45,702 milyon dollara bərabər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 35,3 faiz artıb".
Ticarət nümayəndəsi bildirib ki, son 5 il ərzində əmtəə dövriyyəsinin artım dinamikası təxminən eyni səviyyədə qalıb, ona görə də ticarət dövriyyəsinin ciddi artımı gözlənilmir: "Əlbəttə ki, biz bu istiqamətdə işimizi davam etdiririk".
N.Nağdəliyev əlavə edib ki, hazırda Azərbaycan məhsullarının Çinə və Mərkəzi Avropa ölkələrinə ixracında əsas pay spirtli içkilər, şirələr və kompotlara düşür:
"Gələcəkdə Azərbaycan Polşa ilə kənd təsərrüfatı, nəqliyyat, kimya sənayesi, informasiya texnologiyaları, turizm, kiçik elektronika məhsullarının istehsalı kimi sahələrdə əməkdaşlığın inkişafına diqqət yönəltmək niyyətindədir. Bu gün bunun üçün bütün şərait var".
O xatırladıb ki, 2017-ci ildə Polşa ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın dördüncü ticarət tərəfdaşı olub.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?