Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var

Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var

Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik. Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var. Biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə dünyada böyük rəğbət, hörmət qazanmışıq. Bütün məsələlərlə bağlı bizim mövqeyimiz ədalətli mövqedir.

Bu fikirləri Prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə bildirib.

Prezident deyib ki, bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. "Biz kimə mane oluruq?! Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə "marionetka” görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər.

Ancaq iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Xalq ilə iqtidar arasındakı birliyin Azərbaycanda sabitliyin qarantı olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər. Biz heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik. Azərbaycanın müstəqil həyatını təmin edəcəyik”.

 
AZƏRTAC


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az