Azərbaycan və Rusiya prezidentləri arasında telefon söhbəti olub- Kreml məlumat yaydı

Azərbaycan və Rusiya prezidentləri arasında telefon söhbəti olub- Kreml məlumat yaydı

"Rusiya prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı olub”.
Bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.

"Söhbət zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sazişlərin həyata keçirilməsi məsələlərinə baxılıb, regionda nəqliyyat-iqtisadi əlaqələrin bloklanmasının praktiki məsələləri diqqət mərkəzində olub. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında regionda nəqliyyat və iqtisadi əlaqələrin əngəllənməsinin praktiki məsələlərinə xüsusi diqqət yetirilməklə, üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsi üçün gələcək addımlar nəzərdən keçirilib”, – məlumatda bildirilir./Azpost.info/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az