Azərbaycanda bu binanın tikintisi 414 mln. dollara başa gəldi

Azərbaycanda bu binanın tikintisi 414 mln. dollara başa gəldi
SOCAR-ın yeni inzibati binasının ("SOCAR Tower") tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, binanın tikintisi 414 mln. 237,659 min dollara başa gəlib.
 
2017-ci ilin sentyabrın 15-nə "SOCAR Tower"də işlərin 99,2%-i başa çatıb. "Tekfen" bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.
 
"SOCAR Tower" Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külək-alov" konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. "SOCAR Tower" beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az